Bakı, 10 mart, ARHD.AZ



Milli Məclisin sədri Sahibə Qafarova Tbilisidə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib


Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlamentin nümayəndə heyəti martın 10-da Gürcüstana rəsmi səfəri çərçivəsində Tbilisidəki Heydər Əliyev Parkında Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib.

Milli Məclisin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən ARHD.AZ-a bildirilib ki, Sahibə Qafarova abidənin önünə əklil qoyub, Ulu Öndərin xatirəsini ehtiramla anıb.

Sonra Milli Məclisin sədri Qəhrəmanlar Meydanında Memorial kompleksi ziyarət edib. O, burada Gürcüstanın ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəmanların abidəsi önünə əklil qoyub.

Daha sonra Azərbaycanın və Gürcüstanın Dövlət himnləri səsləndirilib.

 

Baxış sayı: 4 397

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə