Budapeştdə yaşıl enerjinin nəqlinə dair Saziş üzrə nazirlərin növbəti iclası keçirilir

Budapeşt, 10 mart, ARHD.AZ



Budapeştdə yaşıl enerjinin nəqlinə dair Saziş üzrə nazirlərin növbəti iclası keçirilir


Budapeştdəki Ferents Puşkaş adına Olimpiya Stadionunun konfrans zalında “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”i imzalayan tərəflərin Rəhbər Komitənin 10-cu iclası öz işinə başlayıb.

ARHD.AZ xəbər verir ki, iclasda Gürcüstan, Bolqarıstan, Rumıniya və ev sahibi ölkə Macarıstandan olan nazirlərlə yanaşı, Azərbaycanın energetika naziri Pərviz Şahbazov da iştirak edir.

Görüşdən əvvəl qonaqları Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto qarşılayıb.

Hazırda nazirlərin məhdud tərkibdə görüşü keçirilir, ondan sonra plenar iclas olacaq. Tədbir mətbuat konfransı ilə yekunlaşacaq.

Xatırladaq ki, sözügedən Saziş 1 QVt gücündə elektrik enerjisinin ötürülməsi üçün Qara dənizin dibi ilə kabelin çəkilməsini nəzərdə tutur.

Baxış sayı: 5 332

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə