Azərbaycan və Gürcüstan XİN başçıları regional məsələləri müzakirə ediblər

Bakı, 6 mart, ARHD.AZ



Azərbaycan və Gürcüstan XİN başçıları regional məsələləri müzakirə ediblər


Martın 6-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Gürcüstanın xarici işlər naziri Maka Botçorişvili arasında telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən ARHD.AZ-a bildirilib ki, tərəflər iki ölkə arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin cari vəziyyətini və perspektivlərini müzakirə ediblər. Ölkələrimiz arasında ali və yüksək səviyyədə mövcud siyasi dialoqun, baş tutan intensiv səfərlərin, siyasi məsləhətləşmələr mexanizminin münasibətlərimizin daha da gücləndirilməsinə töhfə verdiyi qeyd edilib. Cari ildə bu kimi siyasi təmasların daha da genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.

Nazirlər, həmçinin regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Baxış sayı: 4 534

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə