February 25, 2025  ARHD.AZ

SOCAR rəsmisi: “Yüksək ESG reytinqli şirkət adi şirkətdən 30 % az borclanır”


Yüksək ekoloji, sosial və korporativ idarəetmə (ESG) reytinqi olan şirkətlər bu göstəricinin aşağı olduğu şirkətlərə nisbətən 30 % az borclanırlar.

"ARHD.AZ" xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ESG standartlarının tətbiqi şöbəsinin rəhbəri Tuncər Əsgərli Bakıda keçirilən "Korporativ idarəetmə, investisiyalar və korporativ sosial məsuliyyət" İşçi Qrupunun ESG standartları altqrupunun 2025-ci il üzrə ilk iclasında bildirib.

Onun sözlərinə görə, bu göstərici əslində yüksək ESG reytinqi olan şirkətlərin əhəmiyyətini artırır: "Bununla yanaşı, investorların cəlb edilməsi mövzusunda da böyük irəliləyişlər var. ESG ekosistemi çox fraqmentlidir. Ümumiyyətlə, şirkətlərin və korporasiyaların ən çox maraqlandığı məsələlər investisiya və əlaqələrdir”.

SOCAR rəsmisi əlavə edib ki, bu, əsasən, menecerlər və pay sahibləri ilə bağlıdır: “Məlum olduğu kimi, böyük şirkətlər, məsələn, "BlackRock" ESG indekslərinə və yaxud ESG portfel analitiklərinə əsaslanaraq investisiya qərarlarını dəstəkləyirlər. Bu analizlər, hansı korporasiyaların daha böyük maliyyələrə cəlb ediləcəyini və hansılarının cəlb edilməyəcəyini müəyyən edən mexanizmlərdir".

Baxış sayı: 4 394

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə