Sabirabad və Tərtərdə qanunsuz ağackəsmə faktları ilə bağlı cinayət işləri açılıb

Bakı, 3 mart, ARHD.AZ

,


Sabirabad və Tərtərdə qanunsuz ağackəsmə faktları ilə bağlı cinayət işləri açılıb


Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində Sabirabad və Tərtər rayonları ərazisində qanunsuz ağackəsmə faktları ilə bağlı araşdırmalar aparılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən ARHD.AZ-a verilən məlumata görə, araşdırma zamanı Sabirabad rayonunda “Azera Toxumçuluq” MMC, “Aran Agro” MMC və digər hüquqi şəxslərin vəzifəli şəxsləri, Tərtər rayonunda isə fiziki şəxslər tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş qaydaya zidd olaraq çoxlu sayda yaşıllıqların, o cümlədən ağac və kolların məhv edilməsi nəticəsində təbiətə 3 milyon manata yaxın ziyan vurulmasına əsaslı şübhələr müəyyən olunub.

Həmin faktlarla bağlı Cinayət Məcəlləsinin 188.3 (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma), 259.2.4 (Ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi külli miqdarda ziyan vurduqda) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işləri başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə prokurorluq və daxili işlər orqanlarına göndərilib.

Baxış sayı: 6 063

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə