Bakı, 3 mart, ARHD.AZ


Azərbaycan boksçuları “Strandja” beynəlxalq turnirini 4 medalla başa vurublar


Bolqarıstanın paytaxtı Sofiyada boks üzrə beynəlxalq “Strandja” turnirinə yekun vurulub.

Boks Federasiyasından ARHD.AZ-a verilən məlumata görə, Azərbaycan millisi yarışı 2 gümüş və 2 bürünc medalla başa vurub.

Yığmanın heyətində Zəlimxan Süleymanov (57 kiloqram) və Zaur Qəhrəmanov (67 kiloqram) ikinci yeri tutublar. Nicat Hüseynovla (51 kiloqram) Nəbi İsgəndərov (67 kiloqram) isə turniri bürünc medalla başa vurublar.

Azərbaycan millisi bu göstərici ilə komanda hesabında 5-ci yeri tutub.

Baxış sayı: 5 329

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə