March 2, 2025  ARHD.AZ

KİV: Almaniyanın aparıcı partiyaları müdafiə ehtiyacları üçün fondlar yaratmağı planlaşdırırlar


Almaniyanın Xristian-Demokratik və Xristian-Sosial İttifaqları (XDİ/XSİ) və Sosial-Demokrat Partiyası (SDP) müdafiə və infrastruktur ehtiyacları üçün milyardlarla avroluq fondlar yaratmağı planlaşdırırlar.

“ARHD.AZ” xəbər verir ki, bu barədə “Reuters” agentliyi danışıqlara yaxın mənbələrə istinadən bildirib.

Mənbələrin məlumatına görə, söhbət Almaniyanın müdafiə qabiliyyətini gücləndirmək və infrastrukturun inkişafı üçün nəzərdə tutulan fondlardan gedir. Hər bir layihənin aktivlərinin həcmi əvvəlki hesablamalara görə azı 400 milyard avro olacaq. Həmçinin qeyd olunub ki, onların yaradılması ilə bağlı hələ yekun qərar verilməyib.

“Reuters”in həmsöhbətləri müdafiə üçün böyük məbləğlərin ayrılması qərarını fevralın 28-də Ukrayna Prezidenti Volodimir Zelenski ilə ABŞ Prezidenti Donald Tramp arasında aparılan danışıqların uğursuz nəticəsi ilə əlaqələndirirlər.

Baxış sayı: 5 480

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə