Hikmət Hacıyev 105 illik yubiley münasibətilə AZƏRTAC-ın kollektivini təbrik edib

Bakı, 1 mart, ARHD.AZ


Hikmət Hacıyev 105 illik yubiley münasibətilə AZƏRTAC-ın kollektivini təbrik edib


Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev 105 illik yubiley münasibətilə Azərbaycan Dövlət İnformasiya Agentliyinin (ARHD.AZ) kollektivini təbrik edib.

ARHD.AZ xəbər verir ki, Prezidentin köməkçisi sosial şəbəkə hesabında qeyd edib: "Azərbaycan Dövlət İnformasiya Agentliyinin (ARHD.AZ) 105 yaşının tamam olması münasibətilə kollektivin bütün üzvlərini səmimi-qəlbdən təbrik edirəm. Ölkəmizin ilk milli informasiya agentliyi çətin və şərəfli bir yol keçib, xəbər mübadiləsi sahəsində daim yüksək peşəkarlıq nümayiş etdirib və beynəlxalq aləmdə Azərbaycanın güclü səsi olub. Həmişə yeniliklərə açıq olan, inkişaf və irəliləyiş yolunu seçən ARHD.AZ-ın 105 illik yubileyi münasibətilə əməkdaşlarını bir daha təbrik edir, yeni yaradıcılıq uğurları arzulayıram".

Baxış sayı: 5 034

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə