Baş nazir: Britaniya münaqişə bitdikdən sonra Ukraynaya qoşun göndərməyə hazırdır

Bakı, 28 fevral, ARHD.AZ


Baş nazir: Britaniya münaqişə bitdikdən sonra Ukraynaya qoşun göndərməyə hazırdır


Böyük Britaniya hərbi əməliyyatların dayandırılacağı təqdirdə, nizamlanmaya dair razılaşmalar çərçivəsində Ukraynaya qoşun və aviasiya göndərməyə hazırdır.

ARHD.AZ xəbər verir ki, bunu Böyük Britaniyanın Baş naziri Kir Starmer Ağ evdə ABŞ Prezidenti Donald Trampla birgə keçirilən mətbuat konfransında deyib: “Mən açıq şəkildə bildirmək istəyirəm ki, Böyük Britaniya sazişin həyata keçirilməsini təmin etmək üçün quru və hava qüvvələrini göndərməyə hazırdır”.

Baş nazir qeyd edib ki, sülhün davamlı olmasına əmin olmaq üçün yeganə yol budur.

Starmer, həmçinin bildirib ki, Ukrayna münaqişəsi ilə bağlı razılaşma “sərt və ədalətli” olmalıdır.

Baxış sayı: 5 659

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə