Almaniya XİN: Öcalanın PKK ilə bağlı çağırışı tarixi fürsətdir

Almaniya PKK terror təşkilatının Türkiyədə həbsdə olan lideri Abdullah Öcalanın tərəfdaşlarına silahı yerə qoymaqla bağlı çağırışına münasibət bildirib.

ARHD.AZ xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyi bəyanat yayıb.

Nazirlik bunun tarixi fürsət olduğunu qeyd edib.

Vurğulanıb ki, başqa addımların da atılmasına ehtiyac var. Rəsmi Berlin prosesə dəstək verməyə hazır olduğunu qeyd edib.

Qeyd edək ki, Öcalan daha əvvəl tərəfdarlarını silahı yerə qoyaraq təslim olmağa çağırıb.

Baxış sayı: 4 327

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə