Tramp Rusiyaya qarşı sanksiyaların müddətini bir il uzadıb

Bakı, 28 fevral, ARHD.AZ


Tramp Rusiyaya qarşı sanksiyaların müddətini bir il uzadıb


ABŞ Prezidenti Donald Tramp Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı əvvəllər tətbiq edilmiş bəzi sanksiyaların müddətini bir il uzadıb.

ARHD.AZ xəbər verir ki, bu barədə Ağ evin yaydığı məlumatda deyilir.

Söhbət Vaşinqtonun 2022, 2018 və 2014-cü illərdə Ukraynadakı vəziyyətlə bağlı Rusiyaya qarşı tətbiq etdiyi məhdudiyyətlərdən gedir.

Amerika lideri fevralın 25-də bildirmişdi ki, gələcəkdə anti-Rusiya sanksiyalarının ləğvi imkanlarına baxılacaq, lakin hələlik belə razılaşmalar yoxdur.

Baxış sayı: 3 206

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə