Bakı, 27 fevral, ARHD.AZ

4-cü Təqaüd proqramı qaliblərinin mükafatlandırılması və “Mədən topoqrafiyası” dərsliyinin təqdimatı keçirilib

“AzerGold” QSC-nin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə ali və peşə təhsili müəssisələrinin tələbələri üçün elan edilən 4-cü Təqaüd proqramının qaliblərinin mükafatlandırılması və “Mədən topoqrafiyası” dərsliyinin təqdimatı keçirilib.

Bu barədə ARHD.AZ-a nazirlikdən məlumat verilib. “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov bu günədək ümumilikdə ali təhsil üzrə 38, peşə təhsili üzrə isə 37 tələbənin proqram çərçivəsində qalib olduğunu və QSC-də istehsalat təcrübəsinə cəlb edildiyini qeyd edib.

Təqaüd proqramlarının tələbələrin təhsil həyatında, onların bilik və bacarıqlarının artırılmasındakı rolunu vurğulayan elm və təhsil nazirinin müavini Kənan Kərimzadə də öz növbəsində “AzerGold” QSC-nin timsalında dövlət və özəl sahibkarlıq subyektlərinin korporativ sosial məsuliyyət fəaliyyəti çərçivəsində reallaşdırdığı bu cür təşəbbüslərin milli təhsilin inkişafı ilə bağlı dövlətimizin başçısı tərəfindən qarşıya qoyulmuş məqsədlərə xidmət etdiyini vurğulayıb.

Nazir müavini proqramın qaliblərini təbrik edərək tələbələrə istehsalat təcrübəsi müddətindən maksimum faydalanmağı, peşəkar hazırlıqlı mütəxəssis kimi yetişmələri üçün onlara təqdim olunan bütün imkanlardan yararlanmağı tövsiyə edib.

Qeyd edilib ki, “AzerGold” təqaüd proqramı peşə təhsilinin inkişafına töhfə vermək, müvafiq istiqamət üzrə ixtisaslı mütəxəssislər yetişdirmək və onların əmək bazarına uyğunlaşmasına dəstək olmaq məqsədi daşıyır. Sözügedən təqaüd proqramı 2021-ci ildən təsis edilib və 2024-2025-ci tədris ili üzrə 10 universitet və 2 peşə təhsili müəssisəsinin tələbəsi bu təqaüdə layiq görülüb. Qaliblər tədris ili boyunca hər ay 200 AZN məbləğində təqaüd alacaqlar. Bununla yanaşı, peşə təhsili tələbələri “AzerGold” QSC-də istehsalat təcrübəsi keçmək və gələcəkdə bu sahədə karyera imkanları əldə etmək şansı qazanıblar.

Tədbirdə, həmçinin, “Mədən topoqrafiyası” dərsliyinin təqdimatı baş tutub. Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov bildirib ki, kitab Elm və Təhsil Nazirliyinin təşəbbüsü, “AzerGold” QSC-nin maliyyə dəstəyi ilə hazırlanıb. Qeyd edilib ki, dərslik türk dilindən Azərbaycan dilinə tərcümə edilib, peşə təhsil müəssisələri üçün 200 nüsxə tirajla çap edilib. Kitab Daşkəsən, Gədəbəy və Gəncə bölgələrində yerləşən peşə məktəblərinə paylanıb və mədənçilik sahəsində ixtisaslaşan tələbələr üçün dəyərli bir tədris vəsaiti olacaq.

Baxış sayı: 5 548

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə