Bakı, 20 fevral, ARHD.AZ


Kendo ustası Masanori Yasue Azərbaycan İdman Akademiyasında təlim keçib


Azərbaycan İdman Akademiyasında Yaponiyanın ölkəmizdəki səfiri Vatanabe Katsuya, kendo ustası Masanori Yasue və digər qonaqlarla görüş keçirilib.

Akademiyadan ARHD.AZ-a verilən məlumata görə, əvvəlcə qonaqlar MediaLab və İdman tibbi tədqiqatları laboratoriyasında yaradılan şəraitlə tanış olub, ardınca iclas baş tutub.

İclasda Yaponiyanın təhsil sistemi, texnologiya sahələri, yapon şirkətləri ilə layihələr və əməkdaşlıqlar müzakirə edilib. Səfir Vatanabe Katsuya Azərbaycan İdman Akademiyasının gündən-günə inkişaf etdiyini qeyd edərək təhsil ocağının fəaliyyətini yüksək qiymətləndirib.

Daha sonra 8-ci dan kendo ustasının təlimi başlayıb. Masanori Yasue Akademiyanın tələbələrinə kendo idman növü haqqında ətraflı məlumat verib. Təlim zamanı kendo döyüş nümunələri əyani formada nümayiş olunub.

Sonda Akademiya rəhbərliyi, səfir, kendo ustası və tələbələrlə xatirə şəkli çəkilib.

Baxış sayı: 5 475

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə