“Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 120 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin təklifinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 120 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 6, maddə 564 (Cild I); 2024, № 8, maddə 990, № 9, maddə 1068) aşağıdakı dəyişikliklər edilsin:

1. Həmin Qərarla təsdiq edilmiş 1 nömrəli əlavə - “Ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat və əsas (baza ali) tibb təhsili səviyyələrində hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı” yeni redaksiyada verilsin (əlavə olunur).

2. Həmin Qərarla təsdiq edilmiş 2 nömrəli əlavə - “Ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə ali təhsil müəssisələrinin magistratura və rezidentura səviyyələrində hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı” yeni redaksiyada verilsin (əlavə olunur).

3. Həmin Qərarla təsdiq edilmiş 3 nömrəli əlavə - “Azərbaycan Respublikasında ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat, magistratura, doktorantura (dissertantlıq istisna olmaqla), əsas (baza ali) tibb təhsili və rezidentura səviyyələrində kadr hazırlığının maliyyələşdirilməsi Qaydaları”nın 4.7-ci bəndindən sonrakı “Qeyd” hissəsi aşağıdakı redaksiyada verilsin:

“Qeyd. Bu Qaydaların 4.7-ci bəndində “ixtisas” və “ixtisas qrupu” dedikdə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 2 dekabr tarixli 503 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların Təsnifatı”nda, “Ali təhsilin əsas (baza ali) tibb təhsili səviyyəsi üzrə ixtisasların Təsnifatı”nda və “Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların Təsnifatı”nda qeyd olunan ixtisaslar və ixtisas qrupları nəzərdə tutulur.”.

 

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 2 may 2025-ci il

№ 145

Baxış sayı: 8 765

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə