Gədəbəy Aşıq Məktəbinə Aşıq Ələsgərin adının verilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan aşıq yaradıcılığının görkəmli nümayəndəsi, qüdrətli söz ustadı Aşıq Ələsgərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Gədəbəy Aşıq Məktəbinə Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, el sənətkarı Aşıq Ələsgərin adı verilsin.

2. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Gədəbəy Rayon İcra Hakimiyyəti bu Qərardan irəli gələn məsələləri həll etsinlər.

 

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 2 may 2025-ci il

№ 147

Baxış sayı: 4 394

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə