Əli Əsədov İranın Birinci vitse-prezidentinə başsağlığı verib



“Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli Qərarına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 4, maddə 299 (Cild I); 2024, № 1, maddə 78, № 3, maddə 354, № 6 (II kitab), maddə 715, № 10, maddə 1167, № 11, maddə 1252) aşağıdakı məzmunda 4.36-cı bənd əlavə edilsin:

“4.36. “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin təsdiqedici sənədinə əsasən elektrik mühərrikli avtomobillər üçün elektrik enerji doldurucularının istehsalı məqsədilə idxal olunan hissə və ləvazimatların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası (XİFMN) üzrə siyahısı” təsdiq edilsin (əlavə olunur).”.

2. Bu Qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir

və 2027-ci il 1 yanvar tarixinədək qüvvədədir.

 

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, “9” “aprel” 2025-ci il

№ 105

 

Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 2025-ci il
“ 9 ” aprel tarixli
105 nömrəli Qərarı ilə
təsdiq edilmişdir.
 


Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin təsdiqedici sənədinə əsasən elektrik mühərrikli avtomobillər üçün elektrik enerji doldurucularının istehsalı məqsədilə idxal olunan hissə və ləvazimatların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası (XİFMN) üzrə

SİYAHISI

XİFMN üzrə kodu

Mal mövqelərinin adları

1

2

8537 10 910 0

Elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerjisi doldurucularının yaddaşlı proqramlaşdırılan kontrolleri

8537 10 980 0

Elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerjisi doldurucularının yaddaşlı  proqramlaşdırılmayan kontrolleri



Baxış sayı: 6 577

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə