“Sığorta vəsaitindən, o cümlədən sığorta ehtiyatından istifadə Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 3 sentyabr tarixli 341 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Sığorta vəsaitindən, o cümlədən sığorta ehtiyatından istifadə Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 3 sentyabr tarixli 341 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 9, maddə 1075 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

1. 2-ci hissə aşağıdakı redaksiyada verilsin:

“2. Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 6 oktyabr tarixli 2328 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələrinin hazırlanması, razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi qaydası haqqında Əsasnamə”nin 3.5-ci bəndinə uyğun edilə bilər.”.

2. Həmin Qərarla təsdiq edilmiş “Sığorta vəsaitindən, o cümlədən sığorta ehtiyatından istifadə Qaydası” üzrə:

2.1. 3.5-ci bənd üzrə:

2.1.1. birinci cümləyə “(bundan sonra – Agentlik)” sözlərindən sonra “və Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzi (bundan sonra – Mərkəz)” sözləri əlavə edilsin və həmin cümlədə “keçirir” sözü “keçirirlər” sözü ilə əvəz edilsin;

2.1.2. ikinci cümləyə “Agentlik” sözündən sonra “və Mərkəz” sözləri əlavə edilsin və həmin cümlədə “edir” sözü “edirlər” sözü ilə əvəz edilsin;

2.2. 3.6-cı bənddə “Agentliyin bank hesabına” sözləri “Agentliyin və Mərkəzin bank hesablarına” sözləri ilə əvəz edilsin;

2.3. 4.1-ci bəndə “Agentlik” sözündən sonra “və Mərkəz” sözləri əlavə edilsin və həmin cümlədə “edir” sözü “edirlər” sözü ilə əvəz edilsin.

 

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, “ 8 ” “ aprel ” 2025-ci il

№ 101

Baxış sayı: 6 578

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə