Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) Baş katibi Haysam Əl-Qaysdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) adından Zati-alinizi və Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edir, Sizə xoş arzularımı çatdırıram. Novruzun xalqınıza bol ruzi-bərəkət, xoşbəxtlik və əmin-amanlıq gətirməsini diləyirəm.

Novruz bayramı birlik və həmrəylik ruhunda Azərbaycanda və dünyanın bir çox ölkəsində ailələri, dostları və icmaları bir araya gətirir. İnsanlar baharın gəlişini, təbiətin oyanışını gözəl ənənələrlə qeyd edir, bu hadisənin mədəni əhəmiyyətinə mühüm önəm verirlər.

Cənab Prezident, icazə verin, bu xoş fürsətdən istifadə edərək OPEC-ə və Azərbaycan Respublikasının təsisçi üzvü olduğu qeyri-OPEC ölkələrinin Əməkdaşlıq Bəyannaməsinə göstərdiyiniz davamlı dəstəyə görə Sizə və ölkənizə təşəkkürümü bildirim. Zati-alinizin müdrik rəhbərliyi ilə Azərbaycan əsas tərəfdaşımızdır və biz ümumi məqsədlərimizə nail olmaq istiqamətində dialoqumuzun və əməkdaşlığımızın genişləndirilməsində dəstəyiniz və məsləhətlərinizdən faydalanmağa davam edəcəyik.

Sizə bir daha ən xoş arzularımı bildirir, yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Hörmətlə,

 


Haysam Əl-Qays

Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) Baş katibi

Baxış sayı: 4 324

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə