Yaxın Şərqdə gərginlik fonunda Avropada qazın qiyməti kəskin bahalaşıb.


“ARHD.AZ” xəbər verir ki, Avropanın ən böyük qaz ticarət meydançası olan, Niderlandda yerləşən “Title Transfer Facility” (TTF) platformasında aprel fyuçersləri üzrə təbii qazın qiyməti meqavat-saat üçün 31,95 avro hesablanmışdısa, hücumlardan sonra qiymətlər təxminən 67% artaraq 53,4 avroya yüksəlib.


Qeyd olunur ki, dünyada LNG ixracının təxminən 20%-i Hörmüz boğazı vasitəsilə həyata keçirilir. Ən böyük LNG ixracatçılarından biri olan Qətərin ixrac etdiyi mayeləşdirilmiş qazın isə 93%-i məhz bu boğazdan keçərək beynəlxalq bazarlara çatdırılır.

Baxış sayı: 3 020

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə