Livan parlamenti müharibə səbəbindən qanunvericilik seçkilərini iki il müddətinə təxirə salıb.


“ARHD.AZ” xəbər verir ki, parlament spikerinin açıqlamasına görə, əvvəlcə bu ilin may ayında keçirilməsi planlaşdırılan parlament seçkiləri təhlükəsizlik vəziyyətinin pisləşməsi fonunda ertələnib.


Millət vəkilləri qərarı müzakirə etmək üçün bu gün Beyrutda toplaşıblar. İclas zamanı İsrail döyüş təyyarələrinin paytaxtın cənub ətrafı üzərində uçuşlar həyata keçirdiyi bildirilib.


Toplantıda “Hizbullah”ın parlament blokunun rəhbəri Məhəmməd Raad da iştirak edib.


Bildirilib ki, davam edən hərbi gərginlik və təhlükəsizlik riskləri səbəbindən ölkə üzrə seçkilərin keçirilməsi üçün uyğun şərait mövcud deyil. Qanunvericilər seçkilərin iki il sonra təşkil olunmasını nəzərdə tutan qərarı dəstəkləyiblər.

Baxış sayı: 3 267

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə