“Hərbi toqquşmaların uzanması, daha geniş ərazilərə yayılması zamanı müxtəlif ssenariləri təhlil etdik”.


“ARHD.AZ” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin toplantısında deyib.


“Türkiyənin İran ətrafındakı böhrana cəlb olunmasının qarşısını almaq üçün bütün Türkiyə dövlət qurumları yüksək hazırlıq vəziyyətindədir. Biz böhranın iqtisadiyyatdan ticarətə və sərhəd təhlükəsizliyinə qədər müxtəlif sektorlara potensial təsirini qiymətləndirdik. Əsas məqsədimiz ölkəmizi bu yanğından qorumaq, Türkiyənin təhlükəsizliyini təmin etmək və 86 milyon vətəndaşının rahatlığını təmin etməkdir. Bütün qurumlarımız 28 fevraldan bəri yüksək hazırlıq vəziyyətindədir. İrana lazımi xəbərdarlıqlar edilib”, - deyə dövlət başçısı bildirib.

Baxış sayı: 2 772

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə