Prezident İlham Əliyev İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Müctəba Hüseyni Xameneyiyə təbrik məktubu ünvanlayıb.


“ARHD.AZ” xəbər verir ki, məktubda deyilir:


“Möhtərəm Ayətullah Xameneyi həzrətləri.


İran İslam Respublikasının Ali Rəhbəri vəzifəsinə seçilməyiniz münasibətilə Sizi təbrik edirəm.


Atanız - İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneyi həzrətlərinin faciəvi vəfatı ilə əlaqədar Sizə bir daha başsağlığımı ifadə edirəm.


Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında münasibətlər tarixən mehriban qonşuluq və dostluq şəraitində yaşamış xalqlarımızın iradəsindən qaynaqlanır. Dövlətlərarası əlaqələrimizin xalqlarımızın mənafelərinə uyğun olaraq qarşılıqlı hörmət və etimad məcrasında inkişafı naminə birgə səylər göstərəcəyimizə ümidvar olduğumu bildirirəm.


Bu yüksək təyinatla bağlı Sizə bir daha təbriklərimi çatdırır, dost və qardaş İran xalqına sülh və əmin-amanlıq diləyirəm”.

Baxış sayı: 3 219

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə