Bu ilin birinci yarısında DSMF-nin xərcləri 3 milyard 744 milyon manat olub

Bakı, 15 iyul, ARHD.AZ



Bu ilin birinci yarısında DSMF-nin xərcləri 3 milyard 744 milyon manat olub


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri bu ilin birinci yarımilində proqnozla müqayisədə 7 faiz və ya 244 milyon manat çox olmaqla 3 milyard 963 milyon manat təşkil edib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən ARHD.AZ-a verilən məlumata görə, fondun gəlirləri tərkibində məcburi dövlət sosial sığorta daxilolmaları həmin dövrdə proqnoza nisbətən 8 faiz və ya 237 milyon manat artaraq 3 milyard 146 milyon manat olub.

Bu ilin 6 ayında DSMF-nin xərcləri 3 milyard 744 milyon manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 9,5 faiz və ya 324 milyon manat çoxdur.

Baxış sayı: 5 458

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə