Alparslan Bayraktar: Cənub Qaz Dəhlizinin potensialından tam istifadə edilməsinə hazırıq

Bakı, 4 aprel, ARHD.AZ



Türkiyə regional əməkdaşlığa çox böyük əhəmiyyət verir. Bakı-Tbilisi-Ceyhan, TANAP vasitəsilə biz enerji təhlükəsizliyinin bütün region üçün vacibliyini göstərdik. Biz Azərbaycan və digər partnyorlarla əməkdaşlıq etməyə, həmçinin yaşıl enerjinin ötürülməsi sahəsində işləməyə hazırıq.

ARHD.AZ xəbər verir ki, bunu Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclaslarında çıxışı zamanı deyib.

“Cənub Qaz Dəhlizinin potensialından tam istifadə edilməsinə hazırıq. Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstan bu layihə üzərində birlikdə işləyir. Yaşıl dəhlizin qlobal mövqeyə sahib olacağına əminik, Türkiyə olaraq biz regiona və əməkdaşlığa dəstəyimizi davam etdirəcəyik”,- deyə nazir qeyd edib.

Baxış sayı: 5 343

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

infoagency@arhd.az

Məzənnə