Tranzit həmrəylik yolu: Azərbaycanın xüsusi texnika karvanı Qazaxıstandan keçməklə Qırğızıstana gedir

Astana, 2 aprel, ARHD.AZ



Tranzit həmrəylik yolu: Azərbaycanın xüsusi texnika karvanı Qazaxıstandan keçməklə Qırğızıstana gedir


Qazaxıstanın Atırau vilayətinə aprelin 1-də Azərbaycandan Qırğızıstana göndərilən yanğınsöndürmə texnikası karvanı daxil olub.

ARHD.AZ Qazaxıstan Fövqəladə Hallar Nazirliyinə istinadla xəbər verir ki, Atırau vilayətinin Fövqəladə Hallar Departamentinin əməkdaşları xüsusi texnikada olan xilasedici həmkarlarını hərarətlə qarşılayıblar.

Onlar Atırau xilasedicilərinin müşayiəti ilə Bişkekə doğru yollarını Aktobe vilayətinə doğru davam etdiriblər.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, ölkənin Fövqəladə Hallar Nazirliyi Qırğızıstana maddi-texniki yardım göndərib.

Bakı Beynəlxalq Dəniz Ticarət Limanından bərə ilə göndərilən humanitar yardım 10 ədəd xüsusi təyinatlı “KAMAZ” markalı yanğınsöndürən maşınından ibarətdir.

Qırğızıstan Fövqəladə Hallar Nazirliyinin maddi-texniki bazasının möhkəmləndirilməsinə dəstək məqsədilə göndərilən bu texnika yanğının effektiv şəkildə söndürülməsi üçün bütün zəruri texniki parametrlərlə təchiz edilib.

Baxış sayı: 3 545

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə