22 mart 2025   ARHD.AZ

Səfir: Növbəti humanitar yardıma görə Azərbaycana minnətdarlığımı bildirirəm


Qırğızıstanın Bakıdakı səfiri Maksat Mamıtkanov ölkəsinin Fövqəladə Hallar Nazirliyinə xüsusi texnikanın verilməsi mərasimində Prezident İlham Əliyevin simasında Azərbaycan rəhbərliyinə səmimi minnətdarlığını bildirib.

“ARHD.AZ”un xəbərinə görə, səfir həmçinin Azərbaycanın Qırğızıstana göndərdiyi növbəti yardıma görə Azərbaycan xalqına və Fövqəladə Hallar Nazirliyinin rəhbərliyinə təşəkkür edib.

Qeyd edək ki, bu gün Azərbaycan Fövqəladə Hallar Nazirliyi 10 ədəd “KamAZ” markalı xüsusi təyinatlı yanğınsöndürmə avtomobilini Qırğızıstana verib.

“Bu, qardaş xalqlarımız arasında əlaqələrin daha da möhkəmləndiyinin və gələcəkdə daha da möhkəmlənəcəyinin əsl sübutudur. Bu, türk qardaşlığımızın daha da möhkəmlənməsi məqsədilə lazımi şəraitin yaradılması üçün liderlərimizin - prezidentlərimizin müəyyən etdikləri siyasi kursun təminatıdır”, - səfir jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu yardım hazırda ölkəsi üçün həqiqətən də çox vacibdir. “Məhz yaz aylarında sel və digər fövqəladə hallar baş verir. Xüsusi texnika Qırğızıstan Fövqəladə Hallar Nazirliyinin maddi-texniki bazasının gücləndirilməsi üçün çox faydalı olacaq”, - Mamıtkanov qeyd edib.

Xatırladaq ki, humanitar yardım Bakı Beynəlxalq Dəniz Ticarət Limanından bərə ilə göndərilib.

Baxış sayı: 5 644

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə