Bakı, 2 aprel, ARHD.AZ




Hesablama Palatasının kollegiya iclası keçirilib


Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə növbəti kollegiya iclası keçirilib.

Hesablama Palatasından ARHD.AZ-a bildirilib ki, kollegiya iclasında “Azərbaycan Respublikası Hesablama Palatasının 2024-cü ildə fəaliyyəti haqqında hesabatı” müzakirə olunub.

Hesabatda Hesablama Palatasının Strateji Planına uyğun olaraq 2024-cü il üzrə planlaşdırılmış və icra edilmiş fəaliyyətləri müvafiq büdcə və nəticə göstəriciləri qeyd olunmaqla əks etdirilib, həmçinin burada nəzarət tədbirləri barədə icmal-statistik məlumatlar təqdim edilib.

Eyni zamanda, hesabatda Hesablama Palatasının fəaliyyətinin, o cümlədən audit təsirinin (audit impact) ölçülməsi və fəaliyyətinin digər istiqamətlərdə təşkili barədə məlumatlar verilib.

Müzakirələrin yekununda kollegiya üzvləri hesabatın təsdiq edilməsi və Milli Məclisə təqdim olunması barədə qərar qəbul ediblər. Daha sonra Hesablama Palatasının fəaliyyəti ilə bağlı cari məsələlərə baxılıb.

Baxış sayı: 5 437

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə