Prezident İlham Əliyev "Mərkəzi icra hakimiyyəti orqanlarının Nümunəvi Əsasnaməsi"nin təsdiq edilməsi haqqında Fərman imzalayıb.


ARHD.AZ  bu barədə President.az-a istinadən xəbər verir.


Nazirlər Kabineti bu fərmanın 1-ci hissəsi ilə təsdiq edilən Nümunəvi Əsasnamənin tələbləri nəzərə alınmaqla, mərkəzi icra hakimiyyəti orqanlarının əsasnamələrinin təkmilləşdirilməsinə dair təkliflərini altı ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli, fərmandan irəli gələn digər məsələləri həll etməlidir.


Həmçinin "Mərkəzi icra hakimiyyəti orqanlarının Nümunəvi Əsasnaməsi"nin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 13 fevral tarixli 363 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 2, maddə 80 (Cild I); 2025, № 2, maddə 129) ləğv edilir.


Mərkəzi icra hakimiyyəti orqanlarının Nümunəvi Əsasnaməsi ilə bu linkdən tanış olmaq mümkündür.

Baxış sayı: 3 132

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə