Bu gün 2020-ci il noyabrın 10-da Prezident İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında imzalanmış üçtərəfli Bəyanatın ildönümüdür.


ARHD.AZ  xəbər verir ki, 2020-ci il sentyabrın 27-də Ermənistanın hərbi təxribatlarına cavab olaraq Azərbaycan Ordusu Vətən müharibəsinə başlamışdı.


44 gün davam edən döyüşlər zamanı Azərbaycan Ordusu ardıcıl qələbələr qazanaraq bir-birinin ardınca mühüm yaşayış məntəqələrini düşməndən azad edib. Oktyabrın 3-də Suqovuşan, 4-də Cəbrayıl, 9-da Hadrut, 17-də Füzuli, 20-də Zəngilan, 25-də Qubadlı şəhərləri, eləcə də 300-dən çox kənd və strateji yüksəkliklər Azərbaycanın nəzarətinə qaytarıldı.


Noyabrın 8-də Şuşanın azad olunması ilə müharibənin taleyi həll olundu.


Bu qələbədən iki gün sonra noyabrın 10-da imzalanan Bəyanat 30 ilə yaxın davam edən münaqişəyə son qoyaraq bölgədə yeni reallıqların əsasını qoydu.

Baxış sayı: 2 886

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə