Pakistanın Baş naziri Şahbaz Şərif Əfqanıstanın sərhəd bölgələrindəki təxribatçı hərəkətlərini pisləyib.

"Daily Pakistan" nəşrinə istinadən verdiyi xəbərə görə, baş nazir bildirib ki, Pakistan ordusu bu addımlara güclü cavab verib və Əfqanıstanın bir neçə postunu məhv edərək talibləri geri çəkilməyə məcbur edib.

Növbəti hər bir təxribata güclü və təsirli cavab veriləcəyini vurğulayan Şərif terror təşkilatlarının Əfqanıstanda yerləşən müəyyən qüvvələr tərəfindən dəstəkləndiyini bildirib.

Xatırladaq ki, oktyabrın 11-də əfqan silahlıları Pakistanla dövlət sərhədindəki sərhəd məntəqələrinə hücum ediblər.

Baxış sayı: 1 786

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə