Donald Tramp Türkiyəyə F-35 qırıcılarının satışı ilə bağlı sanksiyaları ləğv edə biləcəyini açıqlayıb

Nyu-York, 25 sentyabr, ARHD.AZ




Donald Tramp Türkiyəyə F-35 qırıcılarının satışı ilə bağlı sanksiyaları ləğv edə biləcəyini açıqlayıb


ABŞ-ın Türkiyəyə F-35 təyyarələrinin satışı ilə bağlı tətbiq etdiyi sanksiyalar dərhal ləğv edilə bilər.

ARHD.AZ-ın məlumatına görə, bu sözləri ABŞ Prezidenti Donald Tramp türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan ilə görüş zamanı mediaya açıqlamasında deyib.

“Biz F-35-i müzakirə edəcəyik və məncə, o, almaq istədiyini ala biləcək. Mən bilirəm ki, o, F-35 istəyir. Biz bu barədə çox ciddi danışırıq. Onun və bizim müəyyən məsələlərə ehtiyacımız var. Düşünürəm ki, biz bir nəticəyə gələcəyik”, - deyə Tramp bildirib.

Baxış sayı: 6 548

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə