Frayberqa: Baş Assambleya BMT daxilində həlledici orqan olaraq qalmalıdır

Nyu-York, 24 sentyabr, ARHD.AZ





Frayberqa: Baş Assambleya BMT daxilində həlledici orqan olaraq qalmalıdır


BMT Baş Assambleyasının təməl prinsipi ondan ibarətdir ki, hər millətin səsi eşidilir və yeri var.

ARHD.AZ-ın məlumatına görə, bunu Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-Frayberqa BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində mərkəzin təşkilatçılığı ilə keçirilən “Çoxtərəflilik yolayrıcında: Çağırışlar və sülhə gedən yol” adlı yan tədbirdə çıxışı zamanı deyib.

O, bu prinsipin çox vacib olduğunu bildirib. “Baş Assambleya buna görə də Birləşmiş Millətlər Təşkilatının strukturları daxilində həlledici əhəmiyyəti olan orqan kimi qalmalıdır. BMT-nin 5 daimi veto hüququna malik üzvü olan Təhlükəsizlik Şurasının strukturu düzgün deyil”, - deyə o əlavə edib.

Baxış sayı: 6 793

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə