Neytral İsveçrə NATO Hərbi Hava Qüvvələrinin genişmiqyaslı təlimlərində iştirak edəcək

Bakı, 22 sentyabr, ARHD.AZ




Neytral İsveçrə NATO Hərbi Hava Qüvvələrinin genişmiqyaslı təlimlərində iştirak edəcək


İsveçrə ordusu digər 12 ölkənin hərbçiləri ilə birlikdə sentyabrın 22-dən oktyabrın 3-dək Portuqaliyanın Beje şəhərində keçiriləcək NATO-nun illik “Tiger Meet” hava təlimlərində iştirak edəcək.

ARHD.AZ xəbər verir ki, bu barədə İsveçrə Silahlı Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

Alyansın Avropadakı ən böyük hava manevrlərindən birində 50-dən çox döyüş təyyarəsi və təxminən 1500 hərbçi iştirak edir. Təlimlərin məqsədi iştirakçıların döyüş bacarıqlarını inkişaf etdirmək, Alyansın müxtəlif hərbi hava qüvvələri arasında əməkdaşlığı gücləndirmək və onların müdafiə qabiliyyətini artırmaqdır.

İsveçrə beş F/A-18 döyüş təyyarəsi ilə təmsil olunur. Pilotlar mürəkkəb şəraitdə birgə hava missiyalarının planlaşdırılması və aparılması üzrə məşq edəcəklər. Bu il İsveçrə və Portuqaliya ilə yanaşı, təlimlərdə Avstriya, Böyük Britaniya, Almaniya, Yunanıstan, İspaniya, İtaliya, Niderland, Polşa, Türkiyə, Fransa və Çexiya da iştirak edir.

Baxış sayı: 5 683

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə