Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlıq məsələləri müzakirə edilib

Bakı, 9 sentyabr, ARHD.AZ




Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlıq məsələləri müzakirə edilib


Sentyabrın 9-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının (Aİ) ölkəmizdəki nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri Mariyana Kuyunciç ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən ARHD.AZ-a bildirilib ki, nümayəndəliyin rəhbəri Mariyana Kuyunciç təyinatı ilə əlaqədar məktubu nazir Ceyhun Bayramova təqdim edib.

Ceyhun Bayramov Mariyana Kuyunciçi təyinatı münasibətilə təbrik edib, ona ölkəmizdəki fəaliyyətində uğurlar arzulayıb.

Görüş zamanı Azərbaycanla Aİ arasında müxtəlif, o cümlədən siyasi, iqtisadi, enerji, nəqliyyat-kommunikasiyalar, humanitar və sair istiqamətlər üzrə əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Ölkəmizin Aİ ilə həyata keçirilən birgə enerji layihələrinin əhəmiyyəti vurğulanıb. Digər əhəmiyyətli istiqamətlər üzrə əməkdaşlığın inkişaf etdirilməsinə maraq ifadə olunub.

Nazir, həmçinin qarşı tərəfi postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar barədə ətraflı məlumatlandırıb. Ölkəmizin təşəbbüsü ilə başladılan sülh gündəliyinin irəlilədilməsində Vaşinqton görüşü çərçivəsində əldə olunmuş razılıqlar, sülh müqaviləsinin paraflanması, keçmiş münaqişənin qalığı olan ATƏT-in Minsk Prosesi və əlaqəli strukturların ləğvi ilə bağlı qərarın əhəmiyyəti qeyd olunub.

Nümayəndəliyin rəhbəri Mariyana Kuyunciç fəaliyyəti müddətində Azərbaycan-Aİ gündəliyinin irəlilədilməsi istiqamətində səylərini əsirgəməyəcəyini qeyd edib.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Baxış sayı: 7 668

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə