Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin Döyüş Bayrağının təsviri
Azərbaycan Respublikası Prezidentinin
2025-ci il 8 sentyabr tarixli
Fərmanı ilə təsdiq edilmişdir
Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin
Döyüş Bayrağının təsviri
1. Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin
Döyüş Bayrağı ikiüzlü qumaşdan, ağac dəstəkdən və qotazlı qaytandan ibarətdir
(Şəkillər 1, 2).
2. Döyüş Bayrağının qumaşı düzbucaqlıdır, eni 114 sm, uzunluğu 145 sm-dir,
qıraqları üç tərəfindən qızılı rəngli ipək saçaqlarla köbələnmiş ikiqat bükülmüş üçrəngli
(Azərbaycan Respublikasının Dövlət Bayrağı rəngində) ipək faydan hazırlanır.
3. Qumaşın üz tərəfində qırmızı zolağın ortasında ağ ipək sapdan 38 sm
hündürlükdə aypara və 20 sm hündürlükdə səkkizguşəli ulduz tikilir. Qumaşın üst mavi
zolağında qızılı rəngli ipək sapla “AZƏRBAYCAN UĞRUNDA!” şüarı tikilir. Hərflərin eni
95 sm, hündürlüyü 7 sm-dir (Şəkil 1).
4. Qumaşın arxa tərəfində qırmızı zolağın ortasında Azərbaycan Respublikası
Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin ipəkdən tikilmiş emblemi (diametri
48 sm) yerləşdirilir. Qumaşın üst mavi zolağında qızılı rəngli ipək sapla “Azərbaycan
Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi” sözləri tikilir. Hərflərin eni
125 sm, hündürlüyü 16 sm-dir (Şəkil 2).
5. Döyüş Bayrağının dəstəyi en kəsiyinin diametri 4,0 sm, uzunluğu 250 sm olan
girdə ağacdandır. Dəstək tünd qızılı boya ilə rənglənir və laklanır. Aşağı ucunda metal
halqa, yuxarı ucunda isə nikellənmiş aypara və ulduz şəklində fiqurlu ucluq vardır.
Döyüş Bayrağının qaytanı eşmədir, qızılı rəngli ipəkdən hazırlanır, hər iki ucunda
qotazları vardır. Qaytanın uzunluğu 270−285 sm-dir.
Şəkil 1. Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin
Döyüş Bayrağının ön tərəfi
Şəkil 2. Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin
Döyüş Bayrağının arxa tərəfi





















