Litvada naməlum PUA prezident təyyarəsinin enişinə mane olub

Bakı, 3 sentyabr, ARHD.AZ





Litvada naməlum PUA prezident təyyarəsinin enişinə mane olub


Litva Prezidenti Gitanas Nausedanın da göyərtəsində olduğu Hərbi Hava Qüvvələrinə məxsus “Spartan” təyyarəsinin Vilnüs hava limanına enişi pilotsuz uçuş aparatına (PUA) görə gecikib.

ARHD.AZ xəbər verir ki, hava limanı yaxınlığında naməlum pilotsuz uçuş aparat aşkar edildikdən sonra Vilnüs aeroportunda aviasiyanın hərəkəti müvəqqəti olaraq dayandırılıb. Uçuşlar yalnız təhlükə aradan qaldırıldıqdan sonra bərpa edilib.

Litvanın Nəqliyyat və Kommunikasiya Nazirliyindən verilən məlumata əsasən, reklam məqsədilə havaya qaldırılan PUA-nın uçuşu müvəqqəti məhdudiyyətləri pozmaqla həyata keçirilib.

Qeyd edək ki, bir müddət öncə Prezident Gitanas Nauseda Litvanın Ukraynaya hərbi kontingent göndərməyə hazır olduğunu bildirib. Onun sözlərinə görə, Ukraynaya göndəriləcək kontingent bir neçə yüz hərbçidən ibarət ola bilər və bu, Litvanın əvvəllər Əfqanıstandakı hərbi missiyada iştirakına bənzəyəcək.

Baxış sayı: 5 683

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə