Prokurorluq orqanlarında qulluğa qəbulla əlaqədar test imtahanında iştirak edəcək namizədlərin sənəd qəbulu davam edir

Bakı, 2 sentyabr, ARHD.AZ




Prokurorluq orqanlarında qulluğa qəbulla əlaqədar test imtahanında iştirak edəcək namizədlərin sənəd qəbulu davam edir


Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında” Əsasnaməyə müvafiq olaraq, Baş Prokurorluq tərəfindən prokurorluq orqanlarında qulluğa qəbul olunmaq arzusunda olan ali hüquq təhsilli şəxslər üçün 2025-ci il aprelin 15-də elan edilmiş müsabiqə ilə əlaqədar sənədlərin elektron qaydada qəbulu hazırda davam etdirilir.

Bu barədə ARHD.AZ-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Müsabiqə ilə bağlı ətraflı məlumatı linkinə daxil olaraq əldə etmək olar.

Müsabiqənin ilkin mərhələsi olan test imtahanında istifadə olunacaq test tapşırıqlarının hazırlanmasında aşağıdakı normativ-hüquqi aktlardan istifadə ediləcək:

- Azərbaycan Respublikasının Konstitusiyası;

- “Normativ-hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu;

- “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu;

- “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya;

- Azərbaycan Respublikasının Cinayət Məcəlləsi;

- Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi;

- Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi;

- Azərbaycan Respublikasının Mülki Məcəlləsi;

- Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi;

- Azərbaycan Respublikasının Əmək Məcəlləsi;

- “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanunu;

- “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanunu;

- “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu;

- “Polis haqqında” Azərbaycan Respublikasının Qanunu;

- “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu;

- “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu;

- “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu.

Əlavə məlumat almaq üçün (012) 437-28-56, (012) 361-00-78, (012) 361-00-79, (012) 361-00-80 nömrəli telefonlar vasitəsilə müraciət etmək olar.

Baxış sayı: 6 550

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə