Respublika Qan Bankı könüllü qanvermə aksiyasına start verib

Bakı, 18 avqust, ARHD.AZ



Respublika Qan Bankı könüllü qanvermə aksiyasına start verib


Heydər Əliyev Fondunun "Talassemiyasız həyat naminə" proqramı çərçivəsində Səhiyyə Nazirliyi Respublika Qan Bankı bu gündən etibarən “Dəniz Mall” ticarət mərkəzində növbəti könüllü qanvermə aksiyasına başlayıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən ARHD.AZ-a verilən məlumata görə, aksiya avqustun 31-dək hər gün saat 13:00-dan 20:00-dək davam edəcək.

Aksiyanın əsas məqsədi talassemiyadan əziyyət çəkən uşaqların müalicəsi üçün həyati vacib olan qan və qan komponentlərinin toplanmasıdır. Qan donorluğu vasitəsilə hər bir vətəndaş bu uşaqların sağlam gələcəyi naminə dəyərli töhfə verə bilər.

Qanvermə prosesi tam təhlükəsizdir və tibbi normalara uyğun həyata keçirilir. Donorların sağlamlıq vəziyyəti əvvəlcədən müayinə edilir, yalnız qanverməyə yararlı şəxslər aksiyaya cəlb olunurlar.

“Respublika Qan Bankı bütün vətəndaşları bu xeyirxah missiyaya qoşulmağa çağırır – sizin bağışladığınız hər qan bir uşağın həyatına işıq saçır!”, - deyə məlumatda vurğulanıb.

Baxış sayı: 6 461

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə