Fransa: “Novasco” metallurgiya qrupunun iflası - 760 iş yeri təhlükədədir

Paris, 13 avqust, ARHD.AZ



Fransa: “Novasco” metallurgiya qrupunun iflası - 760 iş yeri təhlükədədir


Fransanın xüsusi polad istehsalı ilə məşğul olan “Novasco” (əvvəlki adı Ascometal) metallurgiya qrupu Strasburq ticarət məhkəməsi tərəfindən rəsmi olaraq iflasdan qorunma rejiminə alınıb. Bu qərar əvvəlcədən başlanmış barışıq prosedurunun nəticəsi kimi qəbul edilib.

ARHD.AZ  xəbər verir ki, “Novasco” qrupunda çalışan 760 əməkdaşın taleyi qeyri-müəyyən olaraq qalır. Ən çox təhlükə altında olan müəssisə isə 450 nəfərin çalışdığı Mozel (Moselle) bölgəsində yerləşən “Hagondange” zavodudur.

Məhkəmənin qərarına əsasən, qrupun potensial alıcıları sentyabrın ortalarına qədər öz təkliflərini təqdim edə bilərlər. Sentyabrın 25-də təqdim olunmuş təkliflərin müzakirəsi üçün məhkəmə iclası keçiriləcək.

Xatırladaq ki, “Ascometal” şirkəti 2024-cü il iyul ayında Britaniyanın “Greybull Capital” investisiya fondu tərəfindən satın alınmışdı. Lakin fond Fransa dövləti ilə birgə vəd etdiyi 90 milyon avro sərmayəni yatırmadı.

Hazırda “Novasco” əməkdaşları böyük narahatlıq içindədirlər. Sentyabrın 4-də vətəndaş dəstəkli genişmiqyaslı etiraz aksiyası planlaşdırılır. İşçilər “pul da qalmayıb, ümid də”, - deyərək öz gələcəklərinin qeyri-müəyyənliyi qarşısında dövlətdən və ictimaiyyətdən dəstək gözləyirlər.

Baxış sayı: 6 573

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə