Tramp və Starmer Şotlandiyada görüşüblər

London, 28 iyul, ARHD.AZ




Tramp və Starmer Şotlandiyada görüşüblər


ABŞ Prezidenti Donald Tramp və Böyük Britaniyanın Baş naziri Kir Starmer bu gün Şotlandiyanın Ayrşir bölgəsində yerləşən Turnberri qolf kurortunda görüşüblər.

ARHD.AZ  BBC-yə istinadla xəbər verir ki, görüşdə əsas müzakirə mövzuları Rusiya-Ukrayna münaqişəsi, Yaxın Şərqdə atəşkəsin təmin edilməsi və enerji əməkdaşlığı olub.

Prezident Tramp mediaya açıqlamasında Rusiya Prezidenti Vladimir Putinə verilmiş 50 günlük razılaşma müddətinin azaldıldığını bildirib. “Hazırda heç bir irəliləyiş görmürük. Yeni son tarix 10 və ya 12 gündür”, - deyə Tramp vurğulayıb. İki həftə əvvəl o, əgər razılaşma əldə olunmazsa, Rusiyanın ticarət tərəfdaşlarına qarşı çox sərt tariflər tətbiq ediləcəyini açıqlamışdı.

Tramp, həmçinin nüvə enerjisi ilə bağlı danışıqların başladığını bildirərək, Böyük Britaniyanın “Rolls-Royce” nüvə stansiyalarını yüksək qiymətləndirib.

Kir Starmer isə çıxışında Qəzzadakı humanitar böhranın da müzakirə olunduğunu qeyd edib. “Atəşkəsə nail olmalı və humanitar yardımın çatdırılmasını təmin etməliyik”, - deyə K. Starmer vurğulayıb. O bildirib ki, Trampın dəstəyi olmadan bu məsələdə həll tapmaq mümkün olmazdı. Tərəflər, həmçinin atəşkəsdən sonra Qəzzada görüləcək tədbirləri də planlaşdırıblar.

Tramp Britaniya ilə ABŞ arasında ticarət sazişinin uğurla başa çatdırılmasındakı roluna görə Starmerə təşəkkür edib və onun fantastik iş gördüyünü deyib.

Baxış sayı: 7 661

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə