Lənkəran, 25 iyul, ARHD.AZ




Polis əməkdaşları Lənkəran və Astaranın turizm zonalarında profilaktik tədbirlər həyata keçirirlər


Yay turizm mövsümü ilə əlaqədar olaraq vətəndaşların istirahət zonalarına axını nəzərə alınaraq, çimərlik və istirahət mərkəzlərində sərbəst və təhlükəsiz hərəkətin təmin olunması məqsədilə polis əməkdaşları gücləndirilmiş iş rejimində xidmətlərini davam etdirirlər.

ARHD.AZ-ın bölgə müxbiri xəbər verir ki, əraziləri çirkləndirməmək və təhlükəsizlik qaydalarına riayət etməklə bağlı vətəndaşlarla maarifləndirici söhbətlər aparılır.

Həmçinin istirahətə gələn vətəndaşlara çimərliklərdə insanların sıx olduğu yerlərdə müxtəlif növ nəqliyyat vasitələri idarə etmələrinin yolverilməz olduğu, bu halların digər şəxslərin həyatı üçün təhlükə yaratdığı izah edilib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Baxış sayı: 7 660

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə