ABŞ Qəzza zolağında atəşkəslə bağlı danışıqlar qrupunu geri çağırıb

Vaşinqton, 24 iyul, ARHD.AZ





ABŞ Qəzza zolağında atəşkəslə bağlı danışıqlar qrupunu geri çağırıb


ABŞ Qəzza zolağında atəşkəs danışıqlarını dayandırıb və Qətərdəki danışıqlar üzrə qrupunu məsləhətləşmələr üçün geri çağırıb.

ARHD.AZ-ın məlumatına görə, bu barədə ABŞ-ın Yaxın Şərq üzrə xüsusi elçisi Stiv Vitkof məlumat verib. O bildirib ki, bu addım HƏMAS-ın Qəzzada atəşkəsə nail olmaq istəyinin olmadığını açıq şəkildə göstərən son cavabından sonra atılıb.

“Vasitəçilər böyük səy göstərsələr də, HƏMAS koordinasiya və ya vicdanla hərəkət etmir. İndi biz girovların geri qaytarılması üçün alternativ variantları nəzərdən keçirib, Qəzza əhalisi üçün daha sabit mühit yaratmağa çalışacağıq. HƏMAS-ın eqoist şəkildə hərəkət etməsi utancvericidir. Biz bu münaqişəyə son qoymaqda və Qəzzada daimi sülhə nail olmaqda qətiyyətliyik”, - deyə o bildirib.

Baxış sayı: 4 360

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə