Avropa İttifaqı İtaliyaya xəbərdarlıq edib

Roma, 15 iyul, ARHD.AZ




Avropa İttifaqı İtaliyaya xəbərdarlıq edib


Avropa İttifaqı “UniCredit SpA”nın “Banco BPM”i satın alması ilə bağlı tələblərə görə İtaliyaya xəbərdarlıq edib.

ARHD.AZ xəbər verir ki, İtaliya hökuməti satınalma prosesində milli şərtlər tətbiq etməklə Aİ qanunlarını pozmaqda ittiham olunur. Avropa Komissiyası İtaliyanın “qızıl güc” tətbiqinin Aİ-nin birləşmə qaydalarını poza biləcəyini, rəsmi Romanın mövqeyinin kifayət qədər əsaslandırılmadığını bildirib.

Avrokomissiyaya görə, hökumətin mövqeyi Aİ qanunvericiliyinin kapitalın hərəkət azadlığı və Avropa Mərkəzi Bankının prudensial nəzarəti kimi digər müddəaları ilə uyğun gəlmir.

Qeyd olunub ki, İtaliya hökuməti satınalma prosesini qəbul etməzdən əvvəl öz yanaşmasını nəzərdən keçirməlidir.

Baxış sayı: 7 587

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə