Qarabağ Universitetində Tibb və sağlamlıq elmləri fakültəsi fəaliyyətə başlayacaq

Bakı, 8 iyul, ARHD.AZ




Qarabağ Universitetində Tibb və sağlamlıq elmləri fakültəsi fəaliyyətə başlayacaq


Yeni tədris ilindən Qarabağ Universitetində Tibb və sağlamlıq elmləri fakültəsi fəaliyyətə başlayacaq.

Universitetdən ARHD.AZ-a bildirilib ki, fakültədə yerli və xarici ekspertlərin birgə hazırladığı, beynəlxalq təcrübələrə əsaslanan kompetensiya əsaslı 6 illik Tibb (müalicə işi) və 4 illik Tibb bacısı (qardaşı) proqramlarının tədrisi həyata keçiriləcək. Tibb və sağlamlıq elmləri fakültəsində Tibb (müalicə işi) üzrə 70, Tibb bacısı (qardaşı) istiqaməti üzrə isə 30 plan yeri üzrə tələbə qəbulu aparılacaq.

Fakültədə tətbiq ediləcək müasir təhsil modeli tələbələrin nəzəri biliklərini praktik vərdişlərə çevirməyə imkan yaradacaq. Eyni zamanda, inteqrə olunmuş və fənlərarası təhsil modeli vasitəsilə multidisiplinar yanaşmanın inkişafına yönələcək. Bundan əlavə, tələbələrə tədqiqat aparmaq və liderlik keyfiyyətlərini inkişaf etdirmək üçün də müxtəlif imkanlar təqdim olunacaq.

Qarabağ Universitetinin Tibb və sağlamlıq elmləri fakültəsinin əsas üstünlükləri:

- Beynəlxalq təcrübəyə malik professor-müəllim heyəti;

- Pasiyentmərkəzli yanaşma – yalnız müalicə etməyi deyil, insanı anlamağı öyrədən proqramlar;

- Multidisiplinar təhsil – tibb, ictimai sağlamlıq, qidalanma və digər sahələrin inteqrasiyası;

- Ən müasir tibbi texnologiyalar və innovativ tədris metodları;

- Qarabağ Universitetinin Klinikasında təcrübə;

- Müasir simulyasiya mərkəzi.

Fakültənin fərqli xüsusiyyətlərindən biri isə seçmə fənn olaraq incəsənət proqramının tədris planına daxil edilməsidir. İncəsənət tələbələrin özünüifadə, qrup daxilində əməkdaşlıq və ünsiyyət bacarıqlarının inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. Bu yanaşma tələbələrə əsas fənlərdə əldə edə bilməyəcəkləri yaradıcı və sosial bacarıqları qazanmaq üçün əlavə imkanlar təqdim edir.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına yazmaq olar.

Baxış sayı: 5 447

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə