Baş katib: 6-cı ECO biznes-forumu regional əməkdaşlığın arxitekturasında mühüm sütunlardan biridir

Şuşa, 2 iyul, ARHD.AZ




Baş katib: 6-cı ECO biznes-forumu regional əməkdaşlığın arxitekturasında mühüm sütunlardan biridir


ECO Zirvə toplantılarının ayrılmaz hissəsinə çevrilmiş 6-cı ECO biznes-forumu regional əməkdaşlığın ümumi arxitekturasında mühüm sütunlardan biridir. Bu forum sadəcə siyasət müzakirələri üçün platforma deyil – bu, fəaliyyətə keçid üçün bir vasitədir.

ARHD.AZ xəbər verir ki, bunu İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Baş katibi Əsəd Məcid Xan Şuşada keçirilən 6-cı ECO biznes-forumunda çıxışı zamanı deyib.

“Forumda region ölkələrinin liderləri, ticarət-sənaye palataları və ECO Ticarət və Sənaye Palatasının nümayəndələrinin fəal iştirakı bizi xüsusilə ruhlandırır. Həmçinin bu forum hökumətlərlə özəl sektor arasında dərin və məzmunlu dialoqu təşviq etməyə, aparılan müzakirələri real tərəfdaşlıqlara və iqtisadi baxımdan səmərəli layihələrə çevirməyə xidmət edir", - deyə Baş katib diqqətə çatdırıb.

Baxış sayı: 4 527

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə