Türkiyə Prezidenti zəlzələdən zərər çəkmiş bölgələrin bərpasına verdiyi dəstəyə görə Azərbaycana bir daha təşəkkür edib

Ankara, 30 iyun, ARHD.AZ





Türkiyə Prezidenti zəlzələdən zərər çəkmiş bölgələrin bərpasına verdiyi dəstəyə görə Azərbaycana bir daha təşəkkür edib


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2023-cü ilin fevralında baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılmasına göstərdiyi köməyə görə Azərbaycana bir daha təşəkkür edib.

ARHD.AZ xəbər verir ki, iyunun 30-da Ankarada Nazirlər Kabinetinin iclasının yekunlarına dair brifinqdə çıxış edən Türkiyə lideri Kahramanmaraşda “Azərbaycan məhəlləsi”nin açılışını xatırladıb.

“Qardaşım İlham Əliyevlə birlikdə Azərbaycan məhəlləsinin açılışını etdik. Fəlakətin ilk günündən ölkəmizə yardım əlini uzadan Azərbaycan xalqına bir daha təşəkkürümü bildirmək istəyirəm”, – deyə o vurğulayıb.

Türkiyə dövlət başçısı, həmçinin Haaqada keçirilən NATO sammitinin nəticələrinə də münasibət bildirib və Şimali Atlantika Alyansının liderlərinin 2026-cı ildə Ankarada toplaşacağını elan edib.

Baxış sayı: 3 459

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə