Bakı, 30 iyun, ARHD.AZ




Hesablama Palatasının nümayəndə heyəti Türkiyədə səfərdədir


Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Hesablama Məhkəməsi ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və paralel audit mövzularının müzakirəsi məqsədilə Türkiyənin Qaziantep şəhərində işgüzar səfərdədir.

Hesablama Palatasından ARHD.AZ-a bildirilib ki, səfər çərçivəsində Türkiyə Hesablama Məhkəməsinin sədri Metin Yener və Hesablama Palatasının sədri Vüqar Gülməmmədov iki qurum arasında mövcud əməkdaşlığın daha da gücləndirilməsi istiqamətində görüləcək növbəti addımlar, o cümlədən həyata keçirilməsi planlaşdırılan paralel auditlərin mövzuları, tətbiq ediləcək metodologiya və digər məsələlər barədə müzakirələr aparıblar.

Müzakirələrin yekununda tərəflər 2025–2027-ci illəri əhatə edən fəaliyyət planını və paralel auditlərin həyata keçirilməsi üzrə protokolları imzalayıblar.

Səfər çərçivəsində Hesablama Palatasının nümayəndə heyəti, həmçinin Qaziantep şəhərinin valisi və Qaziantep Böyükşəhər Bələdiyyəsinin sədri ilə görüşlərdə iştirak edib.

Baxış sayı: 5 548

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə