Naxçıvan, 30 iyun, ARHD.AZ




Kəngərlidəki “Çalxanqala IV” əhəng xammalı yatağı hərracda satılıb


İyunun 30-da “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxsin inzibati binasında Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yer təkinin istifadəyə verilməsi məqsədilə hərrac (auksion) təşkil olunub.

Nazirliyin mətbuat xidmətindən ARHD.AZ-ın bölgə müxbirinə bildirilib ki, hərraca Kəngərli rayonu ərazisində yerləşən “Çalxanqala IV” əhəng xammalı yatağı çıxarılıb.

Ümumi sahəsi 2,2 hektar, ehtiyat həcmi isə 943 min 500 kubmetr olan yatağın auksion üçün başlanğıc qiyməti 94 min 350 manat müəyyən edilib. Hərracın nəticəsinə əsasən, yataq 104 min manat məbləğində yekun qiymətlə satılıb. Qalib şirkətə yataqda mövcud olan əhəng xammalından 5 il müddətinə istifadə hüququ veriləcək. Bununla bağlı zəruri hüquqi və texniki prosedurlara başlanılıb.

Baxış sayı: 4 336

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə