Rusiyada aviaşirkətlərə İraq, İran və İordaniya üzərindən uçmağa icazə verilib

Moskva, 27 iyun, ARHD.AZ



Rusiyada aviaşirkətlərə İraq, İran və İordaniya üzərindən uçmağa icazə verilib


“Rosaviasiya” agentliyi Rusiya aviaşirkətləri üçün İraq, İran və İordaniya hava məkanında uçuşlara qoyulan qadağanı ləğv edib.

ARHD.AZ xəbər verir ki, agentlik qərarın Yaxın Şərqdə mülki aviasiya fəaliyyətinin davam edən təhlilinin nəticələrinə əsasən qəbul edildiyini vurğulayıb. Mütəxəssislər vəziyyəti izləməyə davam edir və vəziyyət dəyişərsə, məlumat operativ şəkildə aviaşirkətlərə çatdırılacaq.

“Aeroflot” aviaşirkəti iyulun 4-dən Tehrana uçuşları bərpa etməyi planlaşdırır. Aviadaşıyıcının saytında verilən məlumata görə, Tehrana uçuşlar həftədə üç dəfə həyata keçiriləcək.

İyunun 13-də hərbi əməliyyatların başlaması ilə əlaqədar “Rosaviasiya” İsrail, İordaniya, İraq və İran üzərində uçuşlara müvəqqəti qadağa qoymuşdu. Münaqişənin kəskinləşməsindən sonra məhdudiyyətlər Qətərin hava məkanına qədər genişləndirilib.

Baxış sayı: 4 346

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə