ABŞ Çinlə nadir metallara dair sazişi təsdiqləyib

Bakı, 27 iyun, ARHD.AZ




ABŞ Çinlə nadir metallara dair sazişi təsdiqləyib


Vaşinqton Çinlə ticarətə dair sazişi təsdiqləyib.

ARHD.AZ xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp sosial media hesabında məlumat versə də, təfərrüatı açıqlamayıb.

Ağ Evin məsul şəxsləri mediaya bildiriblər ki, Çinlə ticarət əlaqələrində ciddi irəliləyiş qeydə alınıb. Hər 2 tərəf nadir metalların ABŞ-a ixracının sürətləndirilməsinə dair sazişi ratifikasiya edib.

Qeyd olunub ki, iyunun ortalarında Londonda keçirilən ABŞ-Çin danışıqlarının əsas mövzusu nadir metallar olub. Çin bu maddələrin əsas istehsalçısıdır. ABŞ-ın raket, kosmik və elektronika sənayesi bu məhsullardan çox ciddi şəkildə asılıdır.

Baxış sayı: 4 237

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə